Bakı. 12 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) yeni istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.
“Report” Palataya istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 15 000 ədəd faizli ipoteka istiqrazlarının buraxılışını nəzərdə tutur.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.