AİF daha 100 mln. manatlıq istiqrazların satışına başlayır

AİF daha 100 mln. manatlıq istiqrazların satışına başlayır İlkin mərhələdə satışa 10 mln. manatlıq istiqraz çıxarılacaq
Maliyyə
4 Aprel , 2017 14:53
AİF daha 100 mln. manatlıq istiqrazların satışına başlayır
Report

Bakı. 4 aprel. REPORT.AZ/ Aprelin 6-da Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 10 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” AİF-ə istinadən xəbər verir ki, istiqrazlar 1000 manat qiyməti ilə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası AİF-in ipoteka istiqrazlarının baza emissiya prospektini martın 6-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat, hər istiqrazın nominal dəyəri 1 000 manat, illi faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Son xəbərlər

Orphus sistemi