AİF daha 20 mln. manatlıq istiqraz buraxır

AİF daha 20 mln. manatlıq istiqraz buraxır Maliyyə Bazarlarına Nəzarət Palatası fondun istiqraz emissiyasını dövlət qeydiyyatına alıb
Maliyyə
9 Fevral , 2017 09:45
AİF daha 20 mln. manatlıq istiqraz buraxır

Bakı. 9 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) istiqraz emissiyasını (AZ2011008680) dövlət qeydiyyatına alıb.

Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 20 min ədəd faizli ipoteka istiqrazının buraxılışını nəzərdə tutur.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Qiymətli kağızların illik gəlirliliyi 3%, tədavül müddəti 3 600 gündür.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi