AİF istiqraz emissiyasının növbəti tranşını yerləşdirməyə hazırlaşır

AİF istiqraz emissiyasının növbəti tranşını yerləşdirməyə hazırlaşır Qiymətli kağızlar 1 002,33 manat qiyməti ilə satışa çıxarılacaq
Maliyyə
1 May , 2017 18:00
AİF istiqraz emissiyasının növbəti tranşını yerləşdirməyə hazırlaşır

Bakı. 1 may. REPORT.AZ/ Mayın 4-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 10 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” AİF-ə istinadən xəbər verir ki, qiymətli kağızlar 1 002,33 manat qiyməti ilə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Fondun ipoteka istiqrazlarının baza emissiya prospektini martın 6-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə iliik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə həyata keçirilir. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir. 

Son xəbərlər

Orphus sistemi