"AGBank" maliyyə göstəricilərini açıqlayıb

"AGBank" maliyyə göstəricilərini açıqlayıb Bakı. 16 yanvar. REPORT.AZ/ “AGBank” ASC-nin aktivləri illik 1,6% artaraq bu il yanvarın 1-nə 496,194 mln. manat təşkil edib.
Maliyyə
16 Yanvar , 2019 18:00
AGBank maliyyə göstəricilərini açıqlayıb

Bakı. 16 yanvar. REPORT.AZ/ “AGBank” ASC-nin aktivləri illik 1,6% artaraq bu il yanvarın 1-nə 496,194 mln. manat təşkil edib.

“Report” bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

2019-ci il yanvarın 1-nə Bankın kredit portfeli 14,2% azalaraq 206,227 mln. manata düşüb.

Hesabat dövründə "AGBank"ın cəmi öhdəlikləri 0,7% artaraq 444,140 mln. manat olub. Banklar və maliyyə institutları istisna olmaqla, Bankın depozit portfeli 9,3% artaraq 236,837 mln. manat təşkil edib. Bu il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 103,800 mln. manat, cəmi kapitalı 52,054 mln. manat, məcmu kapitalı 40,381 mln. manat olub.

Bank ötən il ərzində 5,367 mln. manat xalis mənfəət əldə edib.

Son xəbərlər

Orphus sistemi