“AGBank”ın zərəri 63% azalıb

“AGBank”ın zərəri 63% azalıb “AGBank” ASC bu ilin yanvar-sentyabr aylarını 2,283 milyon manat zərərlə başa vurub.
Maliyyə
17 Oktyabr , 2019 16:12
“AGBank”ın zərəri 63% azalıb

“AGBank” ASC bu ilin yanvar-sentyabr aylarını 2,283 milyon manat zərərlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 62,7% azdır.

9 ay ərzində “AGBank”ın əməliyyat gəlirləri 33,629 milyon manat (illik müqayisədə 9,5% az), əməliyyat xərcləri 39,89 milyon manat (1,1% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 4,42 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), gözlənilməz xərcləri isə 442 min manat (2,7 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “AGBank”ın aktivləri 448,42 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,1% azdır. Bunun 193,922 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,8% kiçilib.

Hesabat dövründə “AGBank”ın öhdəlikləri 17% azalaraq 398,62 milyon manata, o cümlədən depozit portfeli 14,1% azalaraq 211,874 milyon manata düşüb, balans kapitalı isə 18,5% artaraq 49,801 milyon manat, o cümlədən nizamnamə kapitalı 0,4% artaraq 103,8 milyon manata çatıb.

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın səhmləri onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), “Kazimir Partners” şirkətinə, Fərzulla Yusufova (MŞ-nın üzvü), Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), eləcə də 78 minoritar səhmdara məxsusdur.

Son xəbərlər

Orphus sistemi