“AGBank”ın sədri: "Bankın xarici öhdəliyi yoxdur"

“AGBank”ın sədri: "Bankın xarici öhdəliyi yoxdur" Bakı. 15 mart. REPOR.AZ/ Digər banklardan “AGBank” ASC-nin ən böyük fərqi ondan ibarətdir ki, onun bu gün xarici öhdəliyi yoxdur.
Maliyyə
15 Mart , 2018 16:16
“AGBank”ın sədri: Bankın xarici öhdəliyi yoxdur

Bakı. 15 mart. REPOR.AZ/ "Digər banklardan “AGBank” ASC-nin ən böyük fərqi ondan ibarətdir ki, onun bu gün xarici öhdəliyi yoxdur".

“Report”un verdiyi xəbərə görə, bunu Bankın İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.

“Vaxtilə xarici öhdəliyə elə də üstünlük verməmişdik. Bank, əsasən, əhali və korporativ bizneslə işləyir. Ona görə də vəsait, adətən, daxili bazardan cəlb edilir” - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, hazırda əsas məsələ problemli aktivlərin azaldılmasıdır.

“Mənfəət əldə etmək çətindir. Çünki faktiki olaraq Bankın cari vəziyyəti, ümumiyyətlə, iqtisadiyyatda baş verən proseslər onu göstrərir ki, bu gün hər hansı bir artımdan danışmaq bir az çətindir. Sadəcə, biz çalışırıq ki, cari mövcud problemləri, vaxtında verilmiş problemli aktivləri azaldaq. Problemli kreditlərin portfeldə payı 20% civarındadır” - deyə Ə.Cəlilov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi