Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “AG Bank” və “NBC Bank” ASC-lərin ləğvedicisi təyin edilib.
Bu barədə “Report” Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.
Məlumata görə, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “AG Bank” və “NBC Bank” qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) bankların Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO ASC-lərin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə) vasitəsilə həyata keçirə bilərlər.
Mərkəzi Bankda acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:
LPO “NBC Bank” ASC, VÖEN | 1700130681 |
Mərkəzi Bank, VÖEN | 9900071001 |
SWIFT.BIK (AZN) | NABZAZ 2C |
SWIFT.BIK (xarici valyuta) | NABZAZ 2X |
Kod | 501004 |
Müxbir hesab AZN | AZ74NABZ01451700000000001944AZN |
Hesablaşma hesabı AZN | AZ97NABZ01350100000000062944AZN |
Müxbir hesab EUR | AZ58NABZ01452800000000007954EUR |
Hesablaşma hesabı EUR | AZ79NABZ01350200000000061954EUR |
Müxbir hesab USD | AZ51NABZ01452800000000015840USD |
Hesablaşma hesabı USD | AZ82NABZ01350200000000063840USD |
LPO “AG Bank” ASC, VÖEN | 9900019651 |
Mərkəzi Bank, VÖEN | 9900071001 |
SWIFT.BIK (AZN) | NABZAZ 2C |
SWIFT.BIK (xarici valyuta) | NABZAZ 2X |
Kod | 501004 |
Müxbir hesab AZN | AZ74NABZ01451700000000001944AZN |
Hesablaşma hesabı AZN | AZ34NABZ01350100000000061944AZN |
Müxbir hesab EUR | AZ58NABZ01452800000000007954EUR |
Hesablaşma hesabı EUR | AZ16NABZ01350200000000060954EUR |
Müxbir hesab USD | AZ51NABZ01452800000000015840USD |
Hesablaşma hesabı USD | AZ19NABZ01350200000000062840USD |
Müxbir hesab GBP | AZ90NABZ01452800000000005826GBP |
Hesablaşma hesabı GBP | AZ45NABZ01350200000000021826GBP |
LPO “AG Bank” və “NBC Bank” ASC-lərə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:
Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 135
Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 932