"AG Bank"ın zərəri azalıb

"AG Bank"ın zərəri azalıb Bakı. 31 yanvar. REPORT.AZ/ “AGBank” ASC-nin aktivləri bu il yanvarın 1-nə 488,403 mln. manat təşkil edib. Bu da ötən il yanvarın 1-i ilə müqayisədə 6,1% azdır.
Maliyyə
31 Yanvar , 2018 16:01
AG Bankın zərəri azalıb

Bakı. 31 yanvar. REPORT.AZ/ “AGBank” ASC-nin aktivləri bu il yanvarın 1-nə 488,403 mln. manat təşkil edib. Bu da ötən il yanvarın 1-i ilə müqayisədə 6,1% azdır.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

2017-ci ildə Bankın müştərilərə verdiyi kreditlərin məbləği 3,2% azalaraq 282,908 mln. manata düşüb. Bunun da 97,344 mln. manatını və yaxud 34,4%-ni xarici valyuatada olan kreditlər təşkil edib. Kreditlərin 52,1%-nin və yaxud 147,296 mln. manatının vaxtı keçib. 

Hesabat dövründə "AGBank"ın cəmi öhdəlikləri 5,4% azalaraq 441,234 mln. manat olub. Banklar və maliyyə institutları istisna olmaqla, Bankın depozit portfeli 0,2% artaraq 216,622 mln. manat təşkil edib. Bunun da 157,08 mln. manatı və yaxud 72,5%-i xarici valyutada yerləşdirilmiş depozitlər olub. 

Azərbaycan Mərkəzi Bankının "AGBank"a qarşı tələbləri bu il yanvarın 1-nə 40 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 11,1% azdır.

Hesabat tarixinə Bankın cəmi kapitalı 47,174 mln. manat olub. 

Ötən ilin sonuna "AGBank"ın bölüşdürülməmiş zərəri 67,179 mln. manat olub. Bunun 6,688 mln. manatı 2017-ci ilin payına düşüb. 2016-cı illə müqayisədə Bankın zərəri 81,2% azalıb. 

Son xəbərlər

Orphus sistemi