"AG Bank"ın gəlirləri azalıb

"AG Bank"ın gəlirləri azalıb Bu ilin yanvar ayında Bankın faiz mənfəəti 8,5 dəfə azalıb
Maliyyə
10 Mart , 2015 10:22
AG Bankın gəlirləri azalıb

Bakı. 10 mart. REPORT.AZ/ "AG Bank" ASC-nin mənfəəti 2014-cü ilin eyni dövrü ilə müqayisədə 32,4% artaraq cari il yanvar ayı ərzində 359,4 min manata çatıb. Bu müddətdə bankın gəlirləri 9,7 dəfə azalaraq 6,1 mln. manat, xərcləri 10,7 dəfə azalaraq 5,0 mln. manata düşüb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, ötən ilin yanvar ayı ilə müqayisədə cari ilin eyni dövründə faiz gəlirləri 9,2 dəfə azalaraq 4,7 mln. manat, qeyri-faiz gəlirləri 11,4 dəfə azalaraq 1,4 mln. manat təşkil edib. Bu müddətdə bankın faiz xərcləri 10,1 dəfə azalaraq 2,2 mln. manat, qeyri-faiz xərcləri 11,2 dəfə azalaraq 2,8 mln. manat olub.

Beləliklə, bankın faiz mənfəəti 2,5 mln. manat, qeyri-faiz zərəri 1,4 mln. manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 8,5 dəfə və 10,9 dəfə azalma deməkdir.

Son xəbərlər

Orphus sistemi