"AG Bank"da problemli kreditlərin həcmi artıb

"AG Bank"da problemli kreditlərin həcmi artıb ​Kredit portfelinin 13%-ni vaxtı keçmiş kreditlər təşkil edir
Maliyyə
5 Fevral , 2015 12:20
AG Bankda problemli kreditlərin həcmi artıb

Bakı. 5 fevral.REPORT.AZ/ Azərbaycanın "AG Bank" ASC-nin aktivləri 2014-cü il ərzində 10,16% artaraq cari ilin yanvarın 1-nə 514,888 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində kredit portfelində 6,20% artım müşahidə olunub və Bankın kredit portfelinin həcmi 374,557 mln. manata çatıb. Cəmi kredit portfelinin 13,14%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Bu kreditlərin həcmi illik müqayisədə 23,52% artıb və 49,99 mln. manat təşkil edib.

Bankın depozit portfeli illik 11,46% artaraq 2015-ci il yanvarın 1-nə 304,248 mln. manata çatıb. Bunun 204,107 mln. manatını müddətli, 100,141 mln. manatını tələb olunanadək depozitlər əhatə edib.

Hesabat ilində "AG Bank"da əhalinin əmanətlərinin həcmi 4,37% artaraq cari il yanvarın 1-nə 239,076 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi