"AFB Bank"ın aktivləri azalıb

"AFB Bank"ın aktivləri azalıb Bank bu il 7 mln. manata yaxın mənfəət əldə edib
Maliyyə
3 Noyabr , 2016 11:28
AFB Bankın aktivləri azalıb

Bakı. 3 noyabr. REPORT.AZ/ "AFB Bank" ASC-nin aktivləri bu ilin əvvəlindən 18 734,3 min manat və ya 5,99% azalaraq oktyabrın 1-nə 293 839,7 min manat təşkil edib.

"Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə kredit portfeli 7 913 min manat və ya 4,4% artaraq 188 921,6 min manata çatıb.

Depozit portfeli 23 875,4 min manat və ya 19,4% azalaraq oktyabrın 1-nə 99 406,6 min manat olub. Depozitlərin 16 069 min manatını fiziki şəxslərin müddətsiz, 4 917 min manatını müddətli depozitləri təşkil edib.

Hesabata əsasən, cari il oktyabrın 1-nə Bankın nizamnamə kapitalı 70 393,5 min manat olub.

Qeyd edək ki, "AFB Bank" cari ilin ilk 9 ayında 6 945,9 min manat həcmində mənfəət əldə edib. Bankın I rübdə mənfəəti 1 372 min manat, II rübdə 1 232,3 min manat, III rübdə isə 4 341,6 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi