Yuxarı
    Bağlamaq

    "AFB Bank"da yeni departament yaradılıb

    Departamentin rəhbərliyinə təyinat olub

    Bakı. 6 oktyabr. REPORT.AZ/ "AFB Bank" ASC-də Risklərin idarə olunması Departamenti yaradılıb. Bu barədə "Report" Bankın saytına istinadən xəbər verir.

    Yeni departamentə rəhbərlik Babək Rəsulzadəyə həvalə olunub.

    Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi