ADIF "United Credit Bank"ın əmanətçilərinə kompensasiya ödəməyə başlayıb

ADIF "United Credit Bank"ın əmanətçilərinə kompensasiya ödəməyə başlayıb Fond digər 10 bağlanmış bankın da qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir
Maliyyə
20 Aprel , 2017 15:16
ADIF United Credit Bankın əmanətçilərinə kompensasiya ödəməyə başlayıb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu, ötən il lisenziyası ləğv edilmiş "United Credit Bank" ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayıb. 

Fonddan "Report"a verilən məlumata görə, aprelin 19-da Bankın əmanətçilərinə 319 min manat kompensasiya ödənilib. Bu, ümumi kompensasiya öhdəliyinin 17,6%-i  qədərdir. 

ADIF paralel olaraq digər 10 bağlanmış bankın da qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. 

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,201 mln. manat, “Zaminbank” ASC - 54,624 mln. manat, “Kredobank” ASC - 27,771 mln. manat, “Dekabank” ASC - 3,087 mln. manat, “Atrabank” ASC - 14,282 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,161 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,433 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 436,667 mln. manat kompensasiya alıblar.

Fond, həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir. 

Ümumilikdə indiyə qədər 11 bank üzrə əmanətçilərə 727,495 mln. manat ödənilib.

Son xəbərlər

Orphus sistemi