ADİF “Dəmirbank”ın kreditorlarına müraciət edib

ADİF “Dəmirbank”ın kreditorlarına müraciət edib Bakı. 14 may. REPORT.AZ/ Ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ADİF) bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 22 may 2018-ci il saat 16.30-da təyin edilib.
Maliyyə
14 May , 2018 18:15
ADİF “Dəmirbank”ın kreditorlarına müraciət edib
Report

Bakı. 14 may. REPORT.AZ/ Ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ADİF) bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 22 may 2018-ci il saat 16.30-da təyin edilib.

ADİF-dən "Report"a verilən məlumata görə, Fond ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərin qeydiyyatına etiraz edilmiş kreditorlarına bildirir ki, ləğvediciyə və məhkəməyə aşağıda qeyd edilən ünvanlara öz tələblərini təsdiqləyən sübutları təqdim etsinlər.

Bakı Apellasiya Məhkəməsi

Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.

Telefon: (99412) – 538-16-08, 538-19-02

Faks: (99412) – 510-53-48

Əmanətlərin Sığortalanması Fondu

Bakı şəhəri, Babər prospekti, 16

Telefon: (99412) 596-65-91/92/93

Qaynar xətt - 941

Son xəbərlər

Orphus sistemi