Yuxarı

​ADB-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib

Yeni ölkə menecerinin mayın əvvəlində Azərbaycana gələcəyi bildirilir

Bakı. 11 aprel. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə yeni meneceri təyin edilib. “Report”un məlumatına görə, bu, Özbəkistan maliyyə nazirinin xarici əlaqələr üzrə müşaviri, baş nazirin beynəlxalq maliyyə və iqtisadi məsələlər üzrə köməkçisi olmuş Nariman Mannapbekovdur.

Yeni səlahiyyətləri ilə bağlı şərh verən N.Mannapbekov deyib ki, Azərbaycanla ADB arasında güclü əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr əsasən nəqliyyat, enerji, su və şəhərləşmə ilə bağlıdır.

N.Mannapbekov 2012-ci ildən ADB-də katiblik məsələləri üzrə baş mütəxəssis (Principal Secretariat Specialist) kimi çalışır.

Qeyd edək ki, yeni ölkə menecerinin mayın əvvəlində Azərbaycana gələcəyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi