ADB-nin Azərbaycandakı 45 mln. dollarlıq layihəsinin auditinin nəticələri açıqlanıb

ADB-nin Azərbaycandakı 45 mln. dollarlıq layihəsinin auditinin nəticələri açıqlanıb İki ildə bu layihə üzrə məzənnə fərqindən Azərbaycan hökuməti 658 dollar qazanıb
Maliyyə
31 Mart , 2017 19:02
ADB-nin Azərbaycandakı 45 mln. dollarlıq layihəsinin auditinin nəticələri açıqlanıb

Bakı. 31 mart. REPORT.AZ/ “Azəravtoyol” ASC-nin Asiya İnkişaf Bankının (ADB) maliyyəsi ilə həyata keçirdiyi “Yol Şəbəkəsinin İnkişaf Proqramı” 4-cü layihəsinin auditinin nəticələri açıqlanıb. 

“Report” xəbər verir ki, audit yoxlamaları “RSM Azerbaijan” tərəfindən aparılıb və 2014-2015-ci illəri əhatə edib.

Məlumata görə, 2014-2015-ci illərdə layihənin ümumi xərci 2 942 748,91 ABŞ dolları dəyərində olub ki, bunun 2 516 586,34 dolları yaxud 85,52%-ni ADB, 425 030,59 dolları və ya 14,44%-ni Azərbaycan hökuməti qarşılayıb. Bundan əlavə, Azərbaycan hökuməti layihənin ümumi dəyərinin 0,04%-i (1 131,98 dollar) həcmində bank xərclərini ödəyib.

Qeyd edilən iki ildə bu layihə üzrə məzənnə fərqindən Azərbaycan hökuməti 658 dollar qazanıb, ADB isə əksinə olaraq 2 298 dollar itirib.

Xatırladaq ki, ümumi dəyəri 45 mln. dollar olan layihə çərçivəsində Azərbaycanın Gəncə-Qazax regionunda 4 körpü və 30 km-lik yolun inşası nəzərdə tutulub. ADB-nin bu il fevralın sonuna açıqladığı məlumata görə, körpülərin tikintisinin 73,6%-i tamamlanıb. Layihənin icrası bu ilin sentyabrında tamamlanmalıdır.

Son xəbərlər

Orphus sistemi