ADB Naxçıvan üçün 152 min dollarlıq tender elan edib

ADB Naxçıvan üçün 152 min dollarlıq tender elan edib Məqsəd beynəlxalq və yerli audit xidmətləri göstərən şirkətin seçilməsidir
Maliyyə
20 Oktyabr , 2016 17:43
ADB Naxçıvan üçün 152 min dollarlıq tender elan edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının (ADB) birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya İnvestisiya Proqramı”nın 3-cü tranşı çərçivəsində beynəlxalq şirkətlər üçün yeni vakansiya elan edilib. 

“Report” xəbər verir ki, vakansiya üzrə əmək müqaviləsinin müddəti 25 ay nəzərdə tutulub.

Keyfiyyət və Dəyər əsasında Seçim (Quality and Cost-Based Selection - QSBS) metodu ilə keçirilən müsabiqənin qalibi olan şirkətin 2017-ci il yanvarın 15-dən işə başlaması planlaşdırılır. Müsabiqənin məqsədi Naxçıvan Muxtar Respublikası üçün beynəlxalq və yerli audit xidmətləri göstərən şirkətin seçilməsidir.

Noyabrın18-i Manila vaxtı ilə saat 12:00-dək vaxtı bitəcək elan üzrə auditorlar üçün ümumilikdə 152 240 ABŞ dolları məbləğində ödəniş edilməsi nəzərdə tutulub.

Bu vakansiya üzrə məsul şəxs Naxçıvan MR-nın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsiin əməkdaşı İbrahim Məmmədov, agent qurum kimi isə Naxçıvan MR-nın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi