Yuxarı

ADB Azərbaycana 1,2 mlrd. dollar ayırıb

Bank builki planını 90% icra edib

Bakı. 22 dekabr. REPORT.AZ/ "Asiya İnkişaf Bankı (ADB) 2014-cü ildə Azərbaycanın Gəncə-Qazax regionunda körpülərin inşası və yerli əhəmiyyətli yolların təmiri üçün 45 mln. ABŞ dolları, Cəlilabad-Şorsulu magistral yolunun tikintisi üçün isə 250 mln. dollar həcmində kredit ayırıb". "Report" xəbər verir ki, bunu jurnalistlərlə görüşündə ADB-nin Bakı ofisinin rəhbəri Olli Noroyono (Olly Norojono) bildirib.

"Bundan başqa, ADB 4,5 mln. dollar dəyərində maliyyə, şəhər nəqliyyatı, bərk tullantıların idarə edilməsi və enerji sekroruna texniki yardım göstərib. Ümumilikdə indiyədək bankın 8 layihə üzrə 1,2 mlrd. dollar həcmində təqdim etdiyi sərmayə Azərbaycan hökuməti tərəfindən uğurla icra edilib. Bu il hökumətlə 231 mln. dollarlıq müqavilə imzalanıb və bu qarşımıza qoyduğumuz məqsədin 120% yerinə yetirilməsi deməkdir. Bu il ərzində ADB Azərbaycana 161 mln. dollar təqdim etməklə hədəfin 90%-ni həyata keçirib", - bankın nümayəndəliyinin rəhbəri qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi