ADB: Azərbaycan bu il büdcə kəsirini 1-2% civarında saxlaya bilər

ADB: Azərbaycan bu il büdcə kəsirini 1-2% civarında saxlaya bilər ADB bu il qlobal bazarda neft qiymətlərinin 56-57 dollar/barel civarında olacağını proqnozlaşdırır
Maliyyə
15 Mart , 2017 10:37
ADB: Azərbaycan bu il büdcə kəsirini 1-2% civarında saxlaya bilər

Bakı. 15 mart. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) bu il qlobal bazarda neft qiymətlərinin 56-57 dollar/barel civarında olacağını proqnozlaşdırır. “Report” xəbər verir ki, bunu ADB-nin Azərbaycan üzrə ölkə meneceri Nariman Mannapbekov deyib.

N.Mannapbekov Bankın ötən il Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün ayırdığı 500 mln. ABŞ dolları məbləğində olan kredit haqqında da danışıb: “Bu kredit 2016-cı il dövlət büdcəsinin icrasında kəsirin 0,5%-dək azaldılmasına kömək edib. Bu isə ötən ilin fevralında proqnozlaşdırılandan çox aşağıdır”.

ADB rəsmisi deyib ki, hökumət 2017-ci ildə büdcə kəsirini 1-2% civarında saxlaya bilər. O, həmçinin Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MHŞT) çıxarılmasına da münasibət bildirib və müzakirələrin davam etdirilməsinin tərəfdarı olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi