Bakı. 6 fevral. REPORT.AZ/ Bu il fevralın 1-dək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 131,643 mlrd. ABŞ dolları daxil olub.
Bu barədə ARDNF-dən “Report”a bildirilib.
AÇG üzrə 2001-ci ildən bu il fevralın 1-nə qədər ARDNF-ə daxilolmaların ümumi həcmi 129,137 mlrd. dollar təşkil edib.
AÇG blokundan ötən ay mənfəət neftinin satışından fonda 651,6 mln. dollar daxil olub. AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS-PSA) 2050-ci ilə qədər uzadılması çərçivəsində xarici sərmayəçilər tərəfindən yanvar ayında 450 mln. dollar bonus ödənilib.
Qeyd edək ki, AÇG yatağından 2017-ci ildə fonda mənfəət neftinin satışından 6,377 mlrd. dollar ödənilib.
“Şahdəniz” yatağı üzrə 2007-ci ildən bu il fevralın 1-dək Neft Fonduna 2,506 mlrd. dollar daxil olub. “Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən ödənilən əlavə bonus 0,108 mln. dollar təşkil edib.