AÇG və “Şahdəniz” layihələri üzrə Neft Fonduna 131,6 mlrd. dollar daxil olub

AÇG və “Şahdəniz” layihələri üzrə Neft Fonduna 131,6 mlrd. dollar daxil olub AÇG layihəsi üzrə indiyədək ARDNF-ə daxilolmaların ümumi həcmi 129,137 mlrd. dollar təşkil edib
Maliyyə
6 Fevral , 2018 10:04
AÇG və “Şahdəniz” layihələri üzrə Neft Fonduna 131,6 mlrd. dollar daxil olub

Bakı. 6 fevral. REPORT.AZ/ Bu il fevralın 1-dək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 131,643 mlrd. ABŞ dolları daxil olub.

Bu barədə ARDNF-dən “Report”a bildirilib.

AÇG üzrə 2001-ci ildən bu il fevralın 1-nə qədər ARDNF-ə daxilolmaların ümumi həcmi 129,137 mlrd. dollar təşkil edib.

AÇG blokundan ötən ay mənfəət neftinin satışından fonda 651,6 mln. dollar daxil olub. AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS-PSA) 2050-ci ilə qədər uzadılması çərçivəsində xarici sərmayəçilər tərəfindən yanvar ayında 450 mln. dollar bonus ödənilib.

Qeyd edək ki, AÇG yatağından 2017-ci ildə fonda mənfəət neftinin satışından 6,377 mlrd. dollar ödənilib.

“Şahdəniz” yatağı üzrə 2007-ci ildən bu il fevralın 1-dək Neft Fonduna 2,506 mlrd. dollar daxil olub. “Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən ödənilən əlavə bonus 0,108 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi