AÇG layihəsindən Neft Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb

AÇG layihəsindən Neft Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb Bakı. 9 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 9,720 mlrd. dollar daxil olub.
Maliyyə
9 Yanvar , 2019 09:40
AÇG layihəsindən Neft Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 9,720 mlrd. dollar daxil olub.

“Report” bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu məbləğin 245 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Məlumata görə, 2001-ci ildən bu il yanvarın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 138,206 mlrd. dollar gəlir əldə olunub.

Son xəbərlər

Orphus sistemi