“Accessbank” nizamnamə kapitalını artırıb

“Accessbank” nizamnamə kapitalını artırıb Kapital artımı üçün yeni səhmdar cəlb edilməyib
Maliyyə
4 Oktyabr , 2017 11:23
“Accessbank” nizamnamə kapitalını artırıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Accessbank” QSC nizamnamə kapitalını 20,4 mln. manat və yaxud 17% artıraraq 140,25 mln. manata çatdırıb.

“Report” banka istinadən xəbər verir ki, kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 4,25 manat olan 4,8 mln. ədəd yeni səhmi bankın mövcud səhmdarları alıblar.

Səhmlərin emissiyası və qeydiyyatı sentyabrın 30-da başa çatıb.

"Kapitalın ikinci dəfə artırılması bir daha səhmdarlarımızın Bankın kapital mövqeyinin davamlı şəkildə gücləndirilməsi niyyətini nümayiş etdirir. Bu, bizə müştərilərimizin maliyyə ehtiyaclarını maksimum dərəcədə qarşılamaq və mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyimizi daha da möhkəmləndirməyə şərait yaradacaq”, – deyə “AccessBank”ın İdarə Heyətinin sədri Rolf Reyxardt bildirib.

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın "KfW" inkişaf bankı, eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir. 

Son xəbərlər

Orphus sistemi