Yuxarı
    Bağlamaq

    ​"Access Bank" bazara yeni istiqrazlar çıxarıb

    Emissiyanın həcmi 12 mln. manatdır

    Bakı. 29 dekabr. REPORT.AZ/ "Access Bank" QSC bu gündən etibarən faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə başlayıb.

    "Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, hər bir istiqrazın nominal dəyəri 1 000 manat, emissiyanın ümumi həcmi isə 12 mln. manat təşkil edir. İstiqrazlar üzrə gəlirlik illik 9%, istiqrazların tədavül müddəti 1 ildir.

    İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Anderrayter qismində isə "PAŞA Kapital" MMC çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi