Yuxarı

"AccessBank" əmanət kampaniyasının müddətini uzadıb

Faiz dərəcələrini artıraraq 18%-ə çatdırılıb

Bakı. 15 iyul. REPORT.AZ/ "AccessBank" QSC müştərilərin daha çox gəlir əldə etməsi üçün keçirdiyi əmanət kampaniyasının müddətini iyulun 29-dək uzadıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, kampaniyanın şərtlərinə əsasən "AccessBank" manatla olan Müddətli əmanətlərin faiz dərəcələrini artıraraq 18%-ə çatdırıb. Kampaniyanın şərtləri həm fiziki, həm də hüquqi şəxslərə şamil olunur.

Kampaniya haqqında daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və ya 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək olar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi