"Accessbank" əmanət kampaniyasının müddətini uzadıb

"Accessbank" əmanət kampaniyasının müddətini uzadıb Bank daha 1 ay manatla qoyulmuş əmanətlərə yüksək dividend hesablayacaq
Maliyyə
5 Avqust , 2016 13:11
Accessbank əmanət kampaniyasının müddətini uzadıb

Bakı. 5 avqust. REPORT.AZ/ "Accessbank" QSC manat əmanətləri ilə bağlı keçirdiyi kampaniyanın müddətini 1 ay uzadıb. Bu barədə "Report" Bankın saytına istinadən xəbər verir.

Xatırladaq ki, "Accessbank"ın mayın 17-də start verdiyi və ötən ayın sonuna qədər davam etməli olan əmanət kampaniyası milli valyutada yerləşdirilmiş əmanətlərə görə daha çox faiz ödənilməsini nəzərdə tutur.

Məsələn, əgər əvvəllər Banka 1 il müddətinə manatla qoyulmuş əmanətin gəlirliliyi faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 11,5-12% idisə, hazırda illik faiz dərəcələri 14,3-15% təşkil edir və bu faizlər avqustun sonuna qədər qüvvədə olacaq.

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 85 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 4,25 manat olan 20 mln. səhm əsasında formalaşıb.

Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın "KfW" inkişaf bankı, eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir. 

Son xəbərlər

Orphus sistemi