"AccessBank"da əmanət portfeli 302 mln. manata çatıb

"AccessBank"da əmanət portfeli 302 mln. manata çatıb Bankın cəmi kapitalı 28% artaraq 67,348 mln. manata yüksəlib
Maliyyə
16 May , 2017 17:38
AccessBankda əmanət portfeli 302 mln. manata çatıb

Bakı. 16 may. REPORT.AZ/ "Accessbank" QSC cari ilin birinci rübünü müsbət göstəricilərlə başa vurub. Bankın açıqladığı maliyyə göstəricilərinə əsasən, cəmi kapitalı 28% artaraq 67,348 mln. manatadək yüksəlib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, əhalinin "Accessbank"a manatla yatırdığı əmanətlərin məbləği əhəmiyyətli dərəcədə artıb. Belə ki, rübün sonunda Bankın əmanət portfeli 7% artım nümayiş etdirərək 301,795 mln. manat təşkil edib. 

"Accessbank" müştərilərinin ehtiyaclarına uyğun olaraq, həm fiziki, həm də hüquqi şəxslərə müxtəlif əmanət növlərini təklif edir. Bank müştərilərə “Müddətli”, “Yüksələn”, “Yığım” və “Əlverişli” əmanətlər təklif edərək, istənilən müddətə yatırım etmək üçün şərait yaradır. 

Xatırladaq ki, "Accessbank"  Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Son xəbərlər

Orphus sistemi