"Accessbank" 9 aylıq maliyyə göstəricilərini açıqlayıb

"Accessbank" 9 aylıq maliyyə göstəricilərini açıqlayıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Accessbank QSC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 852,001 mln. manat təşkil edib.
Maliyyə
31 Oktyabr , 2017 08:55
Accessbank 9 aylıq maliyyə göstəricilərini açıqlayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Accessbank" QSC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 852,001 mln. manat təşkil edib.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 19,2% azdır.

"Accessbank"ın aktivlərinin 58,4%-ni və yaxud 497,672 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli də 19,2% kiçilib.

Hesabat dövründə "Accessbank"ın cəmi öhdəlikləri 20,2% azalaraq 773,644 mln. manat, o cümlədən depozit portfeli 40% artaraq 376,792 mln. manat olub. Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 66,7% azalaraq 10 mln. manata düşüb.

İl ərzində "Accessbank"ın cəmi kapitalı 6,8% azalaraq 78,357 mln. manat, nizamnamə kapitalı isə 65% artaraq 140,25 mln. manat olub.

Bu ilin yanvar-sentyabr aylarında "Accessbank"ın faiz gəlirləri 78,143 mln. manat (1 il əvvələ nisbətən 24,7% az), faiz xərcləri 49,187 mln. manat (4,7% çox), qeyri-faiz zərəri 6,05 mln. manat, qeyri-faiz xərcləri 49,861 mln. manat (6% az) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 26,955 mln. manat olub.

Bu il "Accessbank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 78,4% az - 21,343 mln. manat ayırıb. Bununla da, Bank ilin ilk 9 ayını 48,298 mln. manat xalis zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 39% azdır. 

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın "KfW" inkişaf bankı, eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir. 

Son xəbərlər

Orphus sistemi