"Access Bank" EBRD ilə birgə yeni kredit xətti açır

"Access Bank" EBRD ilə birgə yeni kredit xətti açır Kredit resursları "Eurohome" şirkətinə təqdim olunacaq
Maliyyə
18 Aprel , 2016 12:35
Access Bank EBRD ilə birgə yeni kredit xətti açır

Bakı. 18 aprel. REPORT.AZ/ “Access Bank” QSC Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə həyata keçirdiyi birgə maliyyələşdirmə layihəsi çərçivəsində uzun müddət əməkdaşlıq etdiyi “Eurohome” şirkəti ilə ilk kredit müqaviləsini imzalayıb. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Bank Azərbaycan inşaat bazarının inkişaf etdirilməsi məqsədilə EBRD ilə birlikdə “Eurohome” şirkətini maliyyələşdirəcək.

"Eurohome" Azərbaycanın inşaat materialları bazarının güclü və təcrübəli iştirakçısıdır. Birgə maliyyələşdirmə xətti üzrə dəstəklənən layihə iqtisadi cəhətdən gərgin dövrdə uzaqgörən sərmayə qoyuluşunun bariz nümunəsidir", - deyə "Access Bank"ın İdarə Heyətinin sədri Miixael Hofman deyib.

"Access Bank"la birlikdə "Eurohome" şirkətini dəstəkləməkdən məmnunuq. Özəl qeyri-neft sektoru üçün mürəkkəb olan hazırkı dövrdə iqtisadiyyatı diversifikasiya etmək məqsədilə rəqabət qabiliyyətli, müstəqil şirkətlərlə əməkdaşlığı davam etdirmək çox əhəmiyyətlidir", - deyə EBRD-nin Bakı ofisinin rəhbəri Neyl Makkeyn çıxışında qeyd edib.

Son xəbərlər

Orphus sistemi