​Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

​Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq Bu, Bakının Xətai və Suraxanı rayonları, həmçinin Ağstafa şəhərinin qaz təchizatına təsir göstərə bilər
Maliyyə
21 İyun , 2016 17:50
​Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Bakı. 21 iyun. REPORT.AZ/ Sabah saat 10:00-dan 13:00-a qədər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zığ", saat 10:00-dan 18:00-dək isə Qazax magistral qaz kəmərləri sahəsinin "Ağstafa" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan "Report"a verilən məlumata görə, təmir işlərinin Bakı şəhərinin Xətai və Suraxanı rayonları, həmçinin Ağstafa şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi