ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri bahalı dolların tərəfdarıdır

ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri bahalı dolların tərəfdarıdır Bakı. 15 mart. REPORT.AZ/ Ağ Evin iqtisadi məsələlər üzrə yeni müşaviri Lari Kudlou (Larry Kudlow) bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın bahalı dolları dəstəkləyəcək və Çinlə ticarət anlaşmalarında daha sərt davranacaq. 
Maliyyə
15 Mart , 2018 14:48
ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri bahalı dolların tərəfdarıdır

Bakı. 15 mart. REPORT.AZ/ Ağ Evin iqtisadi məsələlər üzrə yeni müşaviri Lari Kudlou (Larry Kudlow) bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın bahalı dolları dəstəkləyəcək və Çinlə ticarət anlaşmalarında daha sərt davranacaq. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, iqtisadçı və CNBC telekanalının jurnalisti olan L.Kudlou "Dollar alıb, qızıl satardım" deyib. 

D.Trampın gömrük rüsumları ilə bağlı qərarlarını artıq tənqid etməyən müşavir Avropa istehsalı olan avtomobillərə yeni rüsumların tətbiq edilə biləcəyi ilə bağlı xəbərdarlıq edib. O, ABŞ-ın Federal Ehtiyat Siteminin (FED) uçot dərəcəsi ilə bağlı çox sərt addımlar atmamalı olduğunu da bildirib. 

Xatırladaq ki, L.Kudlou bu vəzfədə ötən həftə istefa vermiş Qari Konu (Gary Cohn) əvəz edir. 

Son xəbərlər

Orphus sistemi