Yuxarı
    Bağlamaq

    ABŞ off-shore hesablarda yerləşən 2,1 trln. dolları ölkəsinə qaytarmaq istəyir

    Müvafiq tədbirlər dolların möhkəmlənməsinə gətirib çıxaracaq

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının "Apple" şirkətini vergi ödənişlərinin tam həyata keçirilməməsi səbəbindən cərimələmək cəhdi ABŞ şirkətlərinin yenidən öz ölkələrinə qayıdaraq ödənişlərini artıracaqları ehtimal edilir. 

    "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunun üçün hazırda prezidentliyə namizədlərin hər ikisi -Hillari Klinton və Donald Tramp zəruri tədbirlər görərək off-shore hesablarda yerləşən 2,1 trln. dollar vəsaiti ölkələrinə geri qaytarmağa söz veriblər. 

    Ümumiyyətlə, bu qəbildən olan qərarlar daha öncə də qəbul edilib. Belə ki, Corc Buşun prezidentliyi dövründə off-shore hesabları olan şirkətlərin gəlirlərinin repatriasiyası zamanı vergi tarifləri 35%-dən 5,5%-ə endirilərək ölkə büdcəsinin 300 mlrd. dollar qazanması təmin edilib. ABŞ-da "Homeland İnvestment Act" (HİA) kimi tanınan bu qərar o zaman dolların avro və valyuta səbətinə qarşı 10%, yapon yeninə qarşı 15% möhkəmlənməsinə səbəb olub.

    "U.S.Bank"ın hesabatına görə, Amerika şirkətlərinin vəsaitlərinin 56%-i Avropaya investisiya şəklində qoyulub. Vəsaitin 12%-i İrlandiya, 19%-i Hollandiyaya yatırılıb. "Vergi cənnəti" hesab olunan Bermud və Sinqapur kimi ölkələrin payına isə cəmi 7% vəsait düşüb.

    "Citiqroup" baş valyuta analitiki Stiven Enqlanderin fikrincə, "Amerika şirkətlərinin ABŞ ərazisinə geri qayıtması dolların məzənnəsinə müsbət təsir göstərəcək, xarici sərmayələrin həcmini artıracaq və gəlirliliyi yüksəldəcək."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi