Yuxarı
    Bağlamaq

    ABŞ növbəti dəfə "Deutsche Bank"ı cərimələyib

    Bundan əvvəl Deutsche Bank 7,2 mlrd. dollar cərimə ödəyib

    Bakı. 21 aprel. REPORT.AZ/ ABŞ Fedreal Ehtiyat Sistemi (FED) Almaniya "Deutsche Bank"ına daha bir cərimə yazıb. "Report" "Vestifinance" agentliyinə istinadən xəbər verir ki, bu dəfə cəriməyə səbəb valyutadəyişmə qaydalarını pozmaq və "Volker" prinsiplərinə əməl etməmək amilləri olub. Qeyd edək ki, "Volker" qaydaları ABŞ-da fəaliyyət göstərən banklara öz hesablarına qiymətli kağızlarla əməliyyat aparmağı qadağan edir.

    Xatırladaq ki, bundan əvvəl FED "Deutsche Bank"ı 2008-ci il maliyyə böhranı öncəsi qiymətli kağızlarla manipulyasiya etdiyi üçün 7,2 mlrd. dollar cərimə edib. İttihamları aradan qaldırmaq üçün bank 3,1 mlrd. dollar, amerikalı müştərilərə vurduğu ziyana görə isə 4,1 mlrd. dollar cərimə ödəyib.

    Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset & Wealth Management International GmbH."nın idarəetməsinə verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi