ABŞ-ın Suriyanı bombalaması qızılı bahalaşdırıb

ABŞ-ın Suriyanı bombalaması qızılı bahalaşdırıb "Report": Bu hadisələr Türkiyənin maliyyə bazarına ciddi təsir edəcək
Maliyyə
7 Aprel , 2017 10:16
ABŞ-ın Suriyanı bombalaması qızılı bahalaşdırıb

Bakı. 7 aprel. REPORT.AZ/ Dünya bazarında qızılın qiyməti ABŞ-ın Suriya hökumət güvvələrini bombalaması xəbərləri səbəbindən kəskin artıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, qızılın qiyməti dünənlə müqayisədə 14 ABŞ dolları və ya 1,13% artaraq 1 267 dollar/unsiya həddini keçib.

ABŞ-ın dövlət katibi Reks Tillerson keçirdiyi mətbuat konfransında bildirib ki, Suriya liderini devirmək üçün koalisiya qurmaq yolunda addımlar atılır. O, ölkəsinin Əsəd rejiminin kimyəvi silahdan istifadəsinə yol verməyəcəyini qeyd edib. Xatırladaq ki, ABŞ-ın Suriyaya 59 "Tomaqavk" raketi buraxdığı bildirilir. Rusiya tərəfi isə öz növbəsində ABŞ-a Suriyanı bombalaması ilə bağlı xəbərdarlıq edib.

"Report"un analitik qrupu gərginliyin davam etməsi durumunda dünya maliyyə bazarlarında ciddi mənfi təsirə məruz qalacağını proqnozlaşdırır. Əsas mənfi təsirin Türkiyə maliyyə bazarlarında müşahidə ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi