ABŞ-ın fond indeksləri azalıb

ABŞ-ın fond indeksləri azalıb Qızılın qiyməti bir qədər artıb
Maliyyə
6 Noyabr , 2015 09:35
ABŞ-ın fond indeksləri azalıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Noyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% ucuzlaşaraq 17 863,43 bənd, S&P 500 0,11% azalaraq 2 099,93 bənd, Nasdaq isə 0,29% geriləyərək 5 127,74 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,75% ucuzlaşaraq 6 364,90 bənd, Fransa CAC-40-ı 0,64% artaraq 4 980,04 bənd, Almaniya DAX-ı isə 0,39% irəliləyərək 10 887,74 bənd olub.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 3,40 dollar yaxud 0,31% bahalaşaraq 1 107,60 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0882 (-0,02%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi