​ABŞ-ın büdcə kəsiri son 7 ildə ilk dəfə artacaq

​ABŞ-ın büdcə kəsiri son 7 ildə ilk dəfə artacaq Dolların möhkəmlənməsi ABŞ-ın xarici ticarətinə mənfi təsir göstərir
Maliyyə
20 Yanvar , 2016 12:59
​ABŞ-ın büdcə kəsiri son 7 ildə ilk dəfə artacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin Büdcə Ofisi ölkənin büdcə kəsirinin 2009-cu ildən bu tərəfə ilk dəfə artacağını proqnozlaşdırır. "Report" xəbər verir ki, Büdcə Ofisi büdcə kəsiri proqnozunu 2015-ci ildə ehtimal etdiyi 414 mlrd. dollardan 544 mlrd. dollara yüksəldib. Əgər yeni proqnoz həyata keçərsə, bu, ABŞ-ın 7 ildən sonra büdcə kəsirində ilk artım olacaq.

Qeyd edək ki, ABŞ-da büdcə kəsiri 2009-cu ildə 1,4 trln. dollar rekord həddə çatdıqdan sonra 2015-ci ilə qədər azalaraq keçən il 439 mlrd. dollara düşüb. 

"Report"un analitik qrupu hesab edir ki, ABŞ-da büdcə kəsiri proqnozunun yüksəlməsinin əsas səbəbi dolların möhkəmlənməsi amili ilə bağlıdır. Dolların möhkəmlənməsi idxalı stimullaşdıraraq daxili istehsalı zəiflədir və ixracı əngəlləyir. Bu da, işsizliyin artmasına və vergi daxilolmalarının azalmasına gətirib çıxarır.

Son xəbərlər

Orphus sistemi