Yuxarı
    Bağlamaq

    ABŞ hökuməti polad idxalına məhdudiyyətlər tətbiq edə bilər

    Donald Tramp geniş ölçülü proteksionist tədbirlər paketi hazırlayır

    Bakı. 22 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp geniş ölçülü proteksionist tədbirlər paketi hazırlayır. 

    "Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, belə bir addım dünya ticarət müharibəsinin başlamasına səbəb ola bilər.

    Qəzet yazıb ki, D.Tramp ABŞ-a polad idxalına qarşı yeni məhdudiyyətlər barədə qanun hazırlayır. ABŞ hökumətindən verilən xəbərlərə görə, ABŞ polad idxalına əlavə gömrük rüsumları, kvotalar və ya bunların hər ikisini tətbiq edə bilər.

    Qeyd edək ki, ekspertlər ABŞ-a polad idxalına məhdudiyyətlərin tətbiq edilməsi Dünya Ticarət Təşkilatı (WTO) üzvlərinin təşkilatın əsasnaməsinə müdaxilə kimi qəbul edəcəkləri və bu qərarı mübahisə edəcəkləri bildirilir. Həmçinin qeyd edilib ki, mübahisələr dünya ticarətinə mənfi təsir edəcək.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi