​ABŞ fond indekslərinin əksəriyyəti ucuzlaşıb

​ABŞ fond indekslərinin əksəriyyəti ucuzlaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə artıb
Maliyyə
12 Noyabr , 2015 09:21
​ABŞ fond indekslərinin əksəriyyəti ucuzlaşıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,32% ucuzlaşaraq 17 702,22 bənd, S&P 500 0,32% azalaraq 2 075,00 bənd, Nasdaq isə 0,32% geriləyərək 5 067,02 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,35% bahalaşaraq 6 297,20 bənd, Fransa CAC-40-ı 0,82% artaraq 4 952,51 bənd, Almaniya DAX-ı isə 0,70% irəliləyərək 10 907,87 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,40% ucuzlaşaraq 1 086,90 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0754 (+0,12%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi