Yuxarı

​ABŞ fond indeksləri yüksəlib

Artıma daşınmaz əmlak və əmək bazarları təsir edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 17 719 bəndədək, S&P 500 0,2% - 2 053 bəndədək, Nasdaq 0,6% - 4 702 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, artıma daşınmaz əmlak bazarı və əmək bazarı üzrə güclü statistika təsir edib. Belə ki, yaşayış evlərinin təkrar bazarında satışın həcmi oktyabrda aylıq müqayisədə 1,5% artaraq 5,26 mln-a çatıb ki, bu da cari ilin maksimal göstəricisidir. Bundan əlavə, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı əvvəlki həftəyə nisbətən azalıb.

Avropa fond bazarlarında noyabrın 20-də FTSE 100 indeksi 0,3% - 6 679 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 9 484 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,8% - 4 234 bəndədək enib.

Bu gün səhər saatlarına COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 194,00 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2551 dollar (+0,1%) təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi