Yuxarı

​ABŞ fond indeksləri rekord həddə çatıb

Dow Jones və S&P 500 indeksləri tarixi maksimumlarını yeniləyib

Bakı. 3 noyabr. REPORT.AZ/ Oktyabrın 31-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 17 391 bəndədək, S&P 500 1,2% - 2 018 bəndədək, Nasdaq 1,4% - 4 631 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, beləliklə, Dow Jones və S&P 500 indeksləri tarixi maksimuma çatıb. İndekslərin yüksəlməsinə əsas səbəb istehlak etimadı indeksinin oktyabr ayında sentyabrla müqayisədə 84,6 bənddən 86,9 bəndədək artması olub.

Avropa fond bazarlarında oktyabrın 31-də FTSE 100 indeksi 1,3% - 6 547 bəndədək, Almaniya DAX-ı 2,3% - 9 237 bəndədək, Fransa CAC-40-ı isə 2,2% - 4 233 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 168,40 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2484 dollar (-0,3%) təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi