Yuxarı

ABŞ-da işsizlik son 10 ilin minimum həddinə düşüb

ABŞ-da işsizlik son 10 ilin minimum həddinə düşüb

73

Dollar güclənməyə başlayacaq

Bakı. 5 may. REPORT.AZ/ ABŞ-ın aprel ayı işsilik göstəricisi 4,4%-ə geriləyərək son 10 ilin minimal həddinə çatıb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bununla yanaşı, aprel ayında ABŞ-da yeni iş yerlərinin sayı 190 000 proqnozuna qarşı 211 000 nəfər artıb. Həmçinin açıqlanan statistikaya görə saat başına əmək haqqı aperel ayında aylıq müqayisədə 0,3% artaraq 26,19$ təşkil edib.

Xatırladaq ki, ABŞ-ın yeni Prezidenti Donald Tramp öz seçki öncəsi vədlərində ABŞ-da yaxın 10 il ərzində 25 mln. yeni iş yeri yaradacağı sözü verib. Bu da ayda orta hesabla 208 000 yeni iş yeri deməkdir.

"Report"un analitik qrupu bildirir ki, müsbət göstəricilər iyun ayında ABŞ-da uçot dərəcələrinin artmasına dəstək verəcək. Bunun da nəticəsində dollar yaxın günlərdə möhkəmlənməyə başlayacaq. Hazırda dolların möhkəmlənməsinin önünü kəsən amil Fransada mayın 7-də keçiriləcək prezident seçkiləridir. Seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq dolların güclənməsi prosesi başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi