Yuxarı

ABŞ-da iqtisadi artım proqnozları üstələyib

ABŞ-da iqtisadi artım proqnozları üstələyib

Bakı. 28 mart. REPORT.AZ/ ABŞ iqtisadiyyatı 2017-ci ilin IV rübündə 2,9% böyüyüb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, analitiklər bu göstəricinin 2,7% olacağını ehtimal edirdilər. 

Hesabat dövründə ABŞ-da real istehlak xərcləri 4% artıb ki, bu da 2014-cü ildən bəri ən yüksək həddir. Analitiklər isə bu göstəricinin 3,8% olacağını proqnozlaşdırırdılar. 

Bu xəbərlərdən sonra qlobal valyuta bazarında dollar bahalaşmağa başlayıb. USD/EUR nisbəti 1,24-dən 1,2385-ə düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi