ABŞ-da fond indeksləri vergi islahatları xəbəri ilə kəskin yüksəlib

ABŞ-da fond indeksləri vergi islahatları xəbəri ilə kəskin yüksəlib Yeni vergi islahatları ABŞ iqtisadiyyatı üçün xüsusi önəm daşıyır
Maliyyə
21 Aprel , 2017 09:53
ABŞ-da fond indeksləri vergi islahatları xəbəri ilə kəskin yüksəlib

Bakı. 21 aprel. REPORT.AZ/ ABŞ fond indeksləri hökumətin yeni vergi islahatlarına dair qanun layihəsini yaxın zamanlarda açıqlayacağı xəbəri ilə kəskin artıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "Dow-Jones" indeksi 174 bənd və ya 0,85% artımla 20 579-a, "S&P 500" indeksi 17,6 bənd və ya 0,76% artaraq 2 356-ya, "Nasdaq" indeksi isə 54 bənd və ya 0,92% artaraq 5 917 bəndə yüksəlib. Bununla da "Nasdaq" indeksi tarixi rekord səviyyəyə çatıb.

Qeyd edək ki, ABŞ-ın xəzinədarlıq naziri Stiven Mnuçin (Steven Mnuchin) dünənki açıqlamasında ölkə prezidenti Donald Trampın tezliklə yeni vergi islahatları ilə bağlı qanun layihəsini elan edəcəyini bildirib.

Analitiklər vergi islahatlarının maliyyə bazarları, ABŞ fond birjaları və ABŞ şirkətləri üçün çox böyük mahiyyətə malik olduğunu bildirirlər.

Son xəbərlər

Orphus sistemi