ABŞ Çini bazar iqtisadiyyatına sahib ölkə kimi tanımır

ABŞ Çini bazar iqtisadiyyatına sahib ölkə kimi tanımır Çin dövləti iqtisadiyyata tam müdaxilə edir
Maliyyə
1 Dekabr , 2017 19:39
ABŞ Çini bazar iqtisadiyyatına sahib ölkə kimi tanımır

Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ Çini Ümumdünya Ticarət Təşkilatının (ÜTT) kriteriyalarına uyğun olan bazar iqtisadiyyatına sahib ölkə kimi tanımaqdan imtina edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu qərar ABŞ-ın Çinə qarşı müxtəlif məhdudiyyətlər və antidempinq rüsumları tətbiq etmək imkanlarını asanlaşdırır.

ABŞ Ticarət Nümayəndəliyinin fikrincə, Çinin bazar iqtisadiyyatına sahib ölkə statusu alması qərb bazarlarının Çin malı ilə dolmasına gətirib çıxara bilər. Nümayəndəliyin yaydığı sənəddə bildirilib ki, Çin dövləti iqtisadiyyatda önəmli söz sahibidir və daxili bazarı subsidiyalarla təmin edir. Nəticədə daxili bazarda qiymətlər reallıqdan uzaqlaşır və bazar iqtisadiyyatının qanunları ilə tənzimlənmir.

ABŞ Maliyyə Nazirliyinin xarici əlaqələr üzrə müavini Devid Melpes (David Malpass) bildirib ki, ABŞ Çində gedən liberallaşdırma prosesinin yavaşlaması və ya dəyişməsindən narahatdır: "Belə ki, dövlətin iqtisadiyyatda rolu artmağa başlayıb."

Son xəbərlər

Orphus sistemi