ABŞ analoqu olmayan uzunmüddətli istiqrazlar yerləşdirməyi planlaşdırır

ABŞ analoqu olmayan uzunmüddətli istiqrazlar yerləşdirməyi planlaşdırır Gələn həftə ABŞ Xəzinədarlığı 62 mlrd. dollarlıq istiqraz yerləşdirəcək
Maliyyə
3 May , 2017 17:33
ABŞ analoqu olmayan uzunmüddətli istiqrazlar yerləşdirməyi planlaşdırır

Bakı. 3 may. REPORT.AZ/ ABŞ Xəzinədarlığı çox uzunmüddətli istiqrazların müsbət və mənfi tərəflərini araşdırmağa başlayıb.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ABŞ Xəzinədarlıq Nazirliyinə istinadən bildirir ki, hazırda 30 ildən daha uzun müddətə buraxılan istiqrazların yerləşdirilməsi proqramı işlənib hazırlanır. 

Nazirlikdən verilən açıqlamaya əsasən, Xəzinədarlıq bu uzunmüddətli istiqrazların yerləşdirilməsi ilə bağlı maliyyə bazarının iştirakçıları ilə müzakirələr aparır və yaxın gələcəkdə yeni proqramındakı yenilikləri açıqlayacaq. Həmçinin, gələn həftə Xəzinədarlıq 62 mlrd. dollar həcmində istiqraz yerləşdirəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi