ABB yeni proqramın tətbiqinə başlayıb

ABB yeni proqramın tətbiqinə başlayıb Azərbaycan Beynəlxalq Bankı biznes proseslərini optimallaşdırır
Maliyyə
24 Oktyabr , 2016 17:51
ABB yeni proqramın tətbiqinə başlayıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankında (ABB) “Office 365” proqramının tətbiqinə başlanılıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, proqramın tətbiqi Bank əməkdaşları arasında daha operativ kommunikasiyaya, tapşırıqların icrasına sərf olunan vaxtın və sənəd dövriyyəsi üçün tələb olunan izafi xərclərin azalmasına şərait yaradır. Lazımi elektron sənədlərə stasionar və mobil qurğular vasitəsilə çıxış imkanı verir. Beləliklə, bu yeni həll Bank əməkdaşlarının daha rahat və operativ şəraitdə çalışmasını təmin etməklə, biznes proseslərinin səmərəliliyini artırır.

Korporativ məlumatların mühafizəsi üçün layihədə ən yüksək təhlükəsizlik standartları tətbiq edilib. Layihə “Softline”şirkəti ilə əməkdaşlıq çərçivəsində yerinə yetirilib.

Xatırladaq ki, “Softline” şirkəti Azərbaycan Beynəlxalq Bankının “Microsoft Enterprise Agreement” proqramı üzrə də tərəfdaşı olub.

Son xəbərlər

Orphus sistemi