ABB ölkənin ilk özəl kredit bürosunda pay almaq istəyir

ABB ölkənin ilk özəl kredit bürosunda pay almaq istəyir Büronun səhmdarı olmaq istəyən maliyyə qurumlarının sayı 22-yə çatıb
Maliyyə
20 Dekabr , 2016 14:39
ABB ölkənin ilk özəl kredit bürosunda pay almaq istəyir

Bakı. 20 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC ölkədə yaradılması gözlənilən ilk özəl kredit bürosunda pay almaq üçün Azərbaycan Banklar Assosiasiyasına (ABA) müraciət edib. Bu barədə "Report"a ABA-dan bildirilib.

Məlumata görə, bununla da Büronun səhmdarı olmaq istəyən kommersiya banklarının ümumi sayı 19-a çatıb. Digər banklar "AFB Bank", "AGBank", “Amrahbank”, "Atabank", "Bank Avrasiya", "Bank of Baku", "Bank Respublika", "Expressbank", "Kapital Bank", "Muğanbank", "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turanbank", "Unibank", "Zıraat Bank (Azərbaycan)" ASC-lər, “Accessbank” və "Yapı Kredi Bank (Azərbaycan)" QSC-lərdir. Bundan başqa, "TBC Kredit" MMC bank olmayan kredit təkilatı və "PAŞA Sığorta" ASC də Büroda pay almaq niyyətini bildirib.

Xatırladaq ki, Büronun nizamnamə kapitalının 2,2 mln. avro olması nəzərdə tutulub. Bu məbləğin 51%-ni və yaxud 1,122 mln. avronu İslandiyanın "Creditinfo" şirkəti təmin edəcək. Qalan 49%-lik hissəni və yaxud 1,078 mln. avronu isə Azərbaycandakı payçılar ayıracaq.

Son xəbərlər

Orphus sistemi