ABB neftçilərə komissiyasız kredit verir

ABB neftçilərə komissiyasız kredit verir Neftçilər kampaniya çərçivəsində 15 min manata qədər nağd pul krediti əldə edəcəklər
Maliyyə
18 Sentyabr , 2017 16:16
ABB neftçilərə komissiyasız kredit verir

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC neftçilərə zaminsiz, komissiyasız, endirimli faizlərlə nağd pul krediti təklif edir. 

Bu barədə “Report”a Bankın Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, 20 sentyabr-"Neftçilər günü" münasibətilə neftçilər üçün kampaniya keçirilir. Əmək haqlarını ABB-nin plastik kartları ilə alan neftçilər  sentyabrın 19-dan 25-nə qədər davam edəcək kampaniya çərçivəsində nağd pul kreditini güzəştli şərtlərlə ala bilərlər.

Kampaniya çərçivəsində neftçilər 15 min manata qədər nağd kredit əldə edəcəklər ki, onun da illik faiz dərəcəsi 2 faiz bəndi aşağı olacaq və 25%-dən başlayacaq. Kreditin müddəti 36 aya qədərdir. 3 min manata qədər olan kreditlər zaminsiz ayrılacaq. Bundan əlavə, kreditin rəsmiləşdirilməsi faizsiz olacaq.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Azərbaycanın müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi