"ABB-Moskva" daha bir əlavə ofisini bağlayır

"ABB-Moskva" daha bir əlavə ofisini bağlayır Müştərilərə "Tversk" əlavə ofisində xidmət olunacaq
Maliyyə
31 Yanvar , 2017 17:12
ABB-Moskva daha bir əlavə ofisini bağlayır

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu il fevralın 1-dən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə müəssisəsi olan "ABB-Moskva"nın "Fud Siti Bank" əlavə ofisi fəaliyyətini dayandırır.

"Report" bu barədə banka istinadən xəbər verir.

Müştərilərə sonuncu dəfə 31 yanvar 2017-ci ildə xidmət olunacaq. Əlavə ofisin müştərilərinə fevralın 1-dən "ABB-Moskva"nın Msokavadakı "Tversk" əlavə ofisində xidmət olunacaq.  "Tversk" əlavə ofisi bağlanan ofisin müştəriləri qarşısındakı bütün öhdəliklərini öz üzərinə götürür.

Qeyd edək ki, bu il fevralın 1-dən etibarən həmçinin "Taqansk" əlavə ofisi də fəaliyyətini dayandırır. Əlavə ofisin hazırkı müştəriləri xidmət olunmaq üçün avtomatik olaraq fevralın 1-dən "ABB-Moskva"nın Yekaterinburqdakı "Bank ABB-Moskva" filialına köçürüləcək. "Bank ABB-Moskva" bağlanan əlavə ofisin müştəriləri qarşısındakı bütün öhdəliklərini öz üzərinə götürür. 

Son xəbərlər

Orphus sistemi